Görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyev özünəməxsus yüksək sənətkarlıqla qələmə aldığı çoxlu sayda dram əsərlərinin, romanların müəllifidir. «Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Mahnı dağlarda qaldı», «Büllur sarayda», «Körpüsalanlar», «Geriyə baxma, qoca» kimi sanballı əsərlər yazan ədib ədəbiyyatımızı yeni mövzu və rəngarəng obrazlarla zənginləşdirmişdir.
        İ.Əfəndiyevin yaradıcılığında tarixi mövzulara qayıdış mühüm yer tutur. Yazıçının belə əsərlərindən biri də «Xurşidbanu Natəvan» pyesidir. Əsərin mövzusu axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülmüşdür. Müəllif əsərdə tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyasını ön plana çəkmişdir.
        Natəvan obrazı əsərin mərkəzində dayanır. Yazıçının oxucuya, tamaşaçıya aşılamaq istədiyi əsas fikirlər onun şəxsi həyatının və ictimai fəaliyyətinin timsalında açılır. Natəvanın şəxsi həyatı və ictimai fəaliyyəti bir nöqtədə birləşir: O, dərin vətənpərvərdir. Natəvan kübar cəmiyyəti təmsil etsə də, möhkəm tellərlə sadə insanlara baglıdır. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir. O bütün həyatını xalqının haqqının tanınması, sadə zəhmət adamlarının vəziyyətinin yüngülləşdirilməsi uğrunda mübarizəyə həsr edir. Natəvanın xalqa qırılmaz tellərlə bağlılığı əsərin lap əvvəlində üzə çıxır. Bu cəhətdən onun Tiflisdə Qafqaz canişini ilə görüşü səhnəsi yaddaqalandır. Natəvan Qarabağ xanlığının bütün torpaqlarını, malmülkünü tələb etdikdə canişin ondan bu qədər mülkün tək qızın nəyinə gərək olduğunu soruşur. Canişinin bu sözlərindən həyəcanlanan Natəvan qətiyyətlə bildirir ki, o tək deyil, onun xalqı var və geri qaytarmağa çalışdığı torpaqlarla, mülklərlə «içində yaşadığı Şuşa şəhərinin əhalisinə kömək göstərmək istəyir». Əsərin sonrakı səhnələrində biz Xan qızının bu istəyini böyük səylə heyata keçirdiyinin şahidi oluruq. O öz vəsaiti ilə Şuşa qalasına su çəkdirir, çalışır ki, suvarma arxları insanlann susuzluqdan əziyyət çəkdikləri Mil düzünədək uzansın. Natəvan məmləkətin xoşbəxt gələcəyini xalqın maarifləndirilməsində görür. Buna görə də məktəblərin açılmasına böyük əhəmiyyət verir, həmvətənlərinin övladlannı Rusiyada təhsil almağa göndərir. Natəvanın xalqın taleyi ilə bağlı düşüncələri və xeyirxah əməlləri yalnız Şuşa qalası ilə məhdudlaşmır. Məmləkətin, böyük tarixi olan bir xalqın imperiya qüwələri tərəfindən iki yerə parçalanması onu bərk ağrıdır. O, xalqı bu vəziyyətə salan qüwələrə nifrət bəsləyir, otaylı, butaylı Azərbaycanı azad və bütöv görməyi arzulayır.
        Əsərdə Natəvan yalnız ictimai fəaliyyəti ilə yadda qalmır. Müəllif Xan qızını geniş şöhrət tapan alicənab qadın kimi təsvir etmişdir. Lakin ailəməişət planında da Natəvanın xalqa bağlılığı qabarıq şəkildə təzahür edir. Onun şeirleri sosial mezmunludur. O, təmiz məhəbbət əsasında ailə qurduğu Xasayı ürəkdən sevsə də, aynlıq məqamı gələndə - həyat yoldaşı emisinin tekidi ile Dağıstana qayıtdıqda Qarabağda, xalqının yanında qalmağı üstün tutur. Xan qızı təmiz adını qorumaq, haqqında gəzən şayielere son qoymaq üçün ikinci dəfə evlənəndə kübar cəmiyyətin temsilçisini yox, Irandan Qarabağa pənah gətirmiş sadə xalqın nümayendesi Seyid Hüseyni seçir. O, tenələrə belə cavab verir: «Mən Xan qızı Xurşidbanu bu izdivacımla kübar cəmiyyətlə rəiyyət arasında çəkilən menhus seddi uçururam!»
        Oxucu, tamaşaçı Natevanın timsalında əqidəli, çətinliklər qarşısında geri çekilmeyen mübariz qadın obrazı görür. O qətiyyətlə bildirir ki, həyata ikinci defe gelse idi, yene bu yolu tutardı. Natəvan ne qədər çətinliklərlə üzleşse de, ruhdan düşmür, Azerbaycanın öz milli birliyini, azadlığını tapacağına inanır.
Top