Bayatı Azərbaycan şifahi xalq yaradıcılığının ən geniş yayılmış bir növüdür. Dörd misralıq bənddən ibarət bitkin şeir janrı olan bayatının hər misrası yeddi hecadan ibarət olur, əsas fikir isə son iki misrada ifadə olunur. Bayatının birinci, ikinci və dördüncü misraları öz aralarında qafiyələnir, üçüncü misra isə sərbəst olur. Bu şeir janrının ilk misraları çox vaxt «əziziyəm», «mən aşıq», «eləmi» sözləri ilə başlayır.
        Bayatıların mövzu dairəsi genişdir. Bu el nümunələrində xarici işğalçılara və yerli istismarçılara qarşı xalq nifrəti, doğma vətənə bağlılıq, yurd sevgisi, dostluq, sədaqət, halal zəhmətə bağlılıq, əməksevərlik və sair kimi tələb də insan hissləri sadə və aydın bir dillə ifadə olunur.
        Azərbaycan xalq bayatılarında daha çox vətənə, doğma torpağa məhəbbət hissi ifadə olunur, el-oba, yer-yurd sevgisi hər şeydən üstün tutulur:

 
Əzizim vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.

        Bir qisim bayatılarda əməyə, zəhmətə məhəbbət hissi ifadə olunur, elm və sənətin insan üçün bir xəzinə olduğu, səadətli günlərin açarı olması fikri təbliğ edilir:
 
Günləri bir-bir sana,
Qoy verim bir sirr sana.
Birelm, birdə sənət
Xəzinədi insana.

        Dostluqda sədaqət, mərdlik, xeyirxahlıq və sair kimi cəhətlər də bayatılarda daha çox ifadə edilən müsbət əxlaqi keyfiyyətlərdir:
 
Donu tik, üz ilməni,
Şanə tək düz ilməni.
Vəfalı dost yad olmaz,
Görməsə yüz il məni.
Top