Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri də Mikayıl Müşfiqdir. Ötən əsrin birinci yarısının sənətkarları nəslinə mənsub olan bu istedadlı şair çox qısa bir ömür yaşamasına baxmayaraq Azərbaycan poeziyasının inkişafında, onun yeni mövzu, bəşəri məzmunla zənginləşməsində böyük rol oynamışdır.
        M.Müşfiq bədii yaradıcılığa çox gənc yaşlanndan başlamış, ilk şeiri 1926-cı ildə çap olunmuşdur. Qısa müddətli yaradıcılıq dövründə şairin on şeirlər kitabı çap olunmuşdur. M.Müşfiq qələmindən çıxmış bütün lirik şeirlər və poemalar yetkin sənət nümunələri olub, Azərbaycan poeziyasını zənginləşdirən bədii əsərlərdir. Müasirlik, coşqun hisslər, yüksək ilham və həyat sevgisi bu əsərlərin əsas səciyyəsi, onları dəyərləndirən əlamətlərdir.
        M. Müşfiq, hər şeydən əvvəl, lirik şairdir. O, dünyanı, həyat və cəmiyyət hadisələrini dərin bir şair qəlbi ilə duyur və bunları öz şəxsi hiss və həyəcanları ilə birlikdə təqdim edir:

 
Hər tərəfdə qurulan toy-büsat mənəm,
Ulduzlarla edən ixtilat mənəm.
Mənim azadlığım qucağa sığmaz,
Yer mənəm, göy mənəm, kainat mənəm.

        M.Müşfiq lirikasının lirik qəhrəmanı fəaldır, həyatın qurucusu, fəal aparıcısıdır. Bu lirikanın özünəməxsus cəhətlərindən biri ondan ibarətdir ki, şair bütün hadisələrin mərkəzində özü durur, fəal iştirakçı kimi meydana çıxır. Bu lirikada müəllif və bədii təsvir obyekti sanki bir-birinə qovuşur, birləşir, şair həyat hadisələrindən öz varlığının bir parçası kimi, aynlmaz hissəsi kimi bəhs edir, hiss və həyəcanlarını dərin bir duyğu hissi ilə oxucuya təqdim edir.
        M.Müşfiqin lirikasında diqqəti cəlb edən cəhətlərdən biri insana və torpağa bağlılıq, həyata və işıqlı gələcəyə dərin sevgi hissləridir. Bu hisslərin bariz nümunəsini şairin «Həyat sevgisi» şeirində görmək olar. Bu şeirdəki tükənməz həyat eşqi, həyata və gözəlliyə ehtiraslı məhəbbət onu mənalandıran əsas əlamətlərdir.

 
Ah, mən gündən-günə bu gözəlləşən
Işıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?

        «Həyat sevgisi» şeirində həzin bir duyğu ilə dünyanın, həyatın gözəlliyi və şirinliyi qarşısında sanki bir təzad olaraq insan ömrünün faniliyi və azlığı qoyulsa da, bu, əsərdə heç də bədbinlik yaratmır, sadəcə bir qədir kövrək əhvali-ruhiyyə meydana çıxarır. Şeirdən çıxan sətiraltı məna da məhz ondan ibarətdir ki, həyatı sevmək, bizə verilən az müddətli ömür tarixini ləyaqətlə yaşamaq, həyatın gözəlliklərindan bəhrələnmək onu daha da gözəlləşdirmək lazımdır.
        M.Müşfıq incə hisslər, kövrək duyğular şairidir. Müşfiq lirikasının əsas aparıcı xətti də insan və təbiət, insan və həyat, insan və gözəllik münasibətləridir. Şair öz şeirlərində bunları həmişə ayrılmaz bir tərkib hissəsi kimi vəhdətdə götürür, bir bütöv halında təqdim edir. insan həyatın yaradıcısı, qurucusudur, onu gözəlləşdirən canlı məxluqdur. Həyat və gözəllik isə insanı kamilləşdirən, mənəvi yüksəlişə aparan varlıqdır.

 
Nə dayanmaq vaxtıdır/ Gözəl dostum sən də gəl,
Seyr edəlim qol-qola, bu zümrüd çəməndə göl!
Göy üzünə bircə bax, hər ulduz qirC^arı gül,
YarıZqönçə, yarı gül.
Səni gördüm xəyalım o qədər yüksəlüfki,
Mənə elə gədi ki,
Bizə bu nazlı aləm göşünərdi qaranlıq,
Gözəl çarpışmasOydıq, gözəl yaşamasaydıq!

        M.Müşfiq şeirə, sənətə qəlD ən bağlı şeir fədaisidir. O,«Sənətkar şeirində sənətkar qarşısında qoyulan məsuliyyətin Ajırlığını dərk edərək əsl sənət.fəsl sənətkar haqqında söz açır. Şair göstərir ki, sənətkar öz yaradıcılığı ilə könüllərə nüfuz etməyi bacarmalı, insan qəlbinə yalnız yüksək ideallar aşılamalı, onu fənalıqlardan təmizləməlidir. M.Müşfiq lirikasının ən gözəl nümunələrindən biri «Yenə o bağ olaydı» şeiridir. Məhəbbət mövzusunda olan bu şeir sahil bağlarında keçən həzin bir yay xatirəsinin təəssüratları əsasında qələmə alınmışdır. Lirik qəhrəman keçənilki bağ mövsümünü, sevdiyi «əsmər bənizli» qonşu qızını xatırlayır. Bu qız onun qəlbində qalmış, xatirindən çıxmamışdır. Qəhrəman yenə də qonşu qızın o bağa köçməsini, ötənilki görüşlərin yenə təkrarlanmasını arzulayır:
 
Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.

        M.Müşfiq lirikasının hər bəndi, hər misrası oxucu qəlbinin dərinliklərinə nüfuz edir, könüllər oxşayan, insanları yüksək hisslər, yüksək amallar aləminə aparır. Bu lirika bu gün də aktualdır, bu gün də sevilən nümunələr, sevilən şeirlərdir M.Müşfiq lirikasının əzəməti də məhz bundadır.
Top