Doğma Azərbaycanı, xalqı üçün yaşamış, yaratmış, əlindən gələni əsirgəməyən, Ulu Öndərimiz, ümummilli liderimiz, əvəzedilməz sərkərdəmiz Heydər Əlirza oğlu Əliyevdir. Tann bu dahi şəxsiyyəti Azərbaycan xalqına bəxş etməklə düçar olduğu dərmansız dərdinin dərmanını yetirdi. 1923-cü il mayın 10-u... Azadlıq mücahidi məhz bu tarixdə dünyaya göz açdı. Hələ uşaq ikən ana südüylə qanına hopduruldu vətənpərvərlik, vətənsevərlik. Onun ömür yolu sadə bir ailədən başladı, lakin vəzifə, qayğılar artdıqca böyüdü, uzandı, insanları öz qoynunda gələcəyə, qələbəyə aparmağa başladı. Elə buna görədir ki, Ulu öndərimiz yalnız tariximizdə deyil, eyni zamanda hər birimizin qəlbində öz silinməz izini qoyub getmişdir. O, şərəfli ömrü ilə XX əsr Azərbaycan tarixinə vətənpərvərlik, vətənsevərlik, azərbaycançılıq kimi milli və bəşəri dəyərləri bəxş etdi.
       İlk əvvəl fəaliyyətə müəllim kimi başlayan Ulu Öndərimiz hələ Dövlət Təhlükəsizlik Komitəsində çalışarkən Vətəninin təhlükəsizliyini təmin etdi.
       1969-1982-ci illər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər, onun keçdiyi yollar qayğılı, keşməkeşli, məsuliyyətli bir yol olmuşdur. O, həyatı, canı, qanı bahasına ölkəmizi düşdüyü çirkabdan, dərin quyudan, məngənə altından xilas etdi. Əvəzolunmaz oğlunun səyi nəticəsində Sovet ittifaqında ən geridə qalan regionlardan olan ölkəmizi nəinki iqtisadi cəhətdən ən qabaqcıl regionlardan birinə, həm də az müddətdə suveren bir dövlətə çevrildi. Ulu Öndərimizin dövlətə, vətənə, xalqa olan bu sevgisi onun gələcəkdə bir-birinin ardınca qələbələr qazanmasına gətirib çıxardı. Onun hakimiyyətdə olduğu on üç il ərzində Azərbaycan Respublikası çiçəklənən bir diyara çevrildi. O, harada yaşamasından asılı olmayaraq, vətənlə sevindi, vətənlə kədərləndi. Moskvada yaşadığı ömür səhifəsinə də Azərbaycan adlı sevgisini əlavə etdi. Gecəni, gündüzü onunla yaşadı, onun uğrunda çarpışdı. O, Azərbaycanı canı qədər sevir, ürəyi kimi yaşadır, gözütək qoruyurdu. Onun bu hərəkətləri erməni və ermənipərəst qüvvələri rahat buraxmırdı. Lakin xain Qorbaçov da bunu duymuşdu. Duymuşdu xalqımızın mərd oğlunda olan mətanəti, dəyanəti. Elə buna görə də Ulu Öndərimiz vəzifədən uzaqlaşdırıldı. Ulu Öndərimiz vəzifədən uzaqlaşdınlandan sonra Qarabağ əməliyyatına başlanıldı. Torpaqlarımızın iyirmi faizi işğal olundu, soydaşlarımız ev-eşiklərindən didərgin salındı. Tariximizə qanla yazılmış faciələr bir-birini əvəz etdi. Lakin xaincesinə vəzifədən uzaqlaşdırılan Ulu Öndərimiz bu hadisələre biganə qala bilmədi. 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xain ermənipərəst Qorbaçovun anti-Azərbaycan siyasətini tənqid etdi.
        Moskvadan Bakıya qayıdarkən üzləşdiyi çətinliklər, haqsız təqiblər, Naxçıvana pənah apararaq orada keçirdiyi sarsıntılar bu dahi insanın iradəsini qıra bilmədi. Ona çox haqsızlıqlar edildi, lakin bütün bunlar onu daha da mətinləşdirdi. O, Naxçıvanda olarkən boş oturmadı, vətənpərvər oğulları ətrafına yığaraq onlara Vətənin müstəqilliyi uğrunda necə addım atmağı öyrətdi. Torpaqlarımızın işğalı, yuxarıda oturan bəzi savadsız rəhbərlərin «kreslo» davaları ölkəmizi uçuruma aparırdı. Belə bir vaxtda xalqın görkəmli siyasətçi, Ulu Öndərimiz Heydər Əliyevə çox böyük ehtiyacı var idi. Elə buna görə də xalqın istəyi, xahişi, arzusu, təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Onu vətəndaş müharibəsindən, qardaş qırğınından xilas etdi. Onu yenidən dirçəltdi, düçar olduğu bəlalardan qurtardı. Bir kəlmə dilimizdə şüara çevrildi: Heydər - xalq, xalq - Heydər.
       Ulu öndərimiz rəhbər - xalq birliyini dünyaya sübut etdi. 1993-2003-cü illər Azərbaycanın yenidən dirçəldiyi, müstəqillik qazandığı illər Heydər Əliyev ömrünün qızıl salnaməsidir. Bunu bizə Heydər Əliyevin 1993-cü ilin 15 iyununda ölkə parlamentinin başçısı seçilərkən dediyi sözlər də sübut edir: «Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının müstəqilliyini qorumağı, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəs şübhə etməsin ki, bundan sonra harada olursa olsun, ömrümün qalan hissəsini Azərbaycan Respublikasının müstəqilliyini inkişaf etdirməyə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə gəlsin, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir».
        Bütün bunlar Azərbaycanı daim demokratik bir respublika kimi görmək istəyən dahi insanın ömür səhifələridir. Heydər Əliyevin ömür səhifələrində o da vardır ki, yaşamaq, mübarizə aparmaq, taleyin sənə verdiyi sehirli və tükənməz enerjidən istifadə etmək lazımdır. Bu enerjidən istifadə edərkən o, heç bir yolunda yanılmadı. İstər ailə həyatında, istərsə dünya miqyasında apardığı siyasətdə, istərsə də Ulu Tanrı qarşısında öz haqqını ödədi. Vətənə layiqli övladlar yetişdirdi, ölkəmizin müstəqilliyini əldə etdi, rus imperiyasının zəncirini qırdı. 1918-ci ildən arzu kimi qalıb, həyata keçməyən istəyimiz həyata keçdi - bayrağımız BMT-nin bayraqları içərisində dalğalandırııldı. Qəlbləri riqqətə gətirən himnimiz xarici ölkələrin tribunalarında səsləndirildi. Bütün bunlar həyatını riskə atan, ən keçilməz sədlərə can atan dahi insanın cəsarətli addımları idi. Onun özünün dediyi: «90-cı illər mənim ən çox riskə getdiyim illərdir», - kəlməsi sanki həqiqətlə əkizdir. Doğrudan da, o riskə getdi. Vətənimizi dirçəltmək üçün və nəhayət, haqqın səsini xarici ölkələrin tribunalarından Yer kürəsinə yaymaq üçün riskə getdi. Onun təşəbbüsü ilə 1994-cü il oktyabrın 20-də neftlə bağlı dünya əhəmiyyətli «Əsrin müqaviləsi»nə imza atıldı. 1995-ci il noyabrın 12-də Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. 2001-ci ildə ölkəmiz Avropa Şurasına tam hüquqlu üzv qəbul edildi. 2002-ci il noyabrın 30-da dilimiz olan Azərbaycan dili dövlət dili elan olundu. Bütün bunlar onu göstərir ki, Heydər Əliyevin bizlər üçün etdikləri saysız-hesabsızdır.

 
      Ay elə tək-tək gələr,
      Gün elə tək-tək gələr.
      Heydər kimi oğullar
      Dünyaya tək-tək gələr.

 
       Bütün bu genişmiqyaslı siyasətdən yorulmayan Ulu Öndərimiz gənclərə də qayğını unutmamışdır. Azərbaycan xalqının müdrik ağsaqqalı olan bu şəxs gənclərin də mənəvi atası olub. Onun apardığı siyasətdə gənclər siyasəti də mühüm yer tutur. O, hakimiyyətdə olduğu illərdə savadlı, intellektual səviyyəli gənclərin parlaması, təhsil alması üçün əlindən gələni etmişdir. Ulu Öndərimizin layiqli davamçısı olan ilham Əliyev də gənclərə çox böyük qayğı göstərmişdir. 2007-ci ilin «Gənclər ili», 2009-cu ilin «Uşaq ili» elan olunması bunun bariz nümunəsidir.
Top