Molla Nəsrəddinin Teymur Lənglə ilk görüşü haqqında belə bir rəvayət də vardır:
Teymur Mollanı saraya çağırtdırır. Molla içəriyə girib görür ki, otaq adamla doludur. Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. Tez baş əyib deyir:
– Salam əleyküm, ya Allah!
Teymur deyir:
– Mən Allah deyiləm, ay kişi! Mən...
Molla onun sözünü ağzında qoyub deyir:
– Qurban olum sənə, ya cənab Cəbrayıl!
Teymur deyir: – A kişi, nə danışırsan? Mən niyə Cəbrayıl oluram?
Molla deyir:
– Başa düşmürəm. İndi ki, nə Allahsan, nə də mələk düş, adam kimi otur adamların içində də, daha göyə niyə dırmaşmısan?
Top