Bir gün Mollanın bağına bir camış girir. Mollanın özü, arvadı, oğlu,
hərəsi əlinə bir ağac alıb yüyürürlər ki, camışı bağdan çıxarsınlar. Hələ
camışa çatmamış Molla bir də baxır ki,budu, bağın içilə bir dərviş
gəlir. Tez çağırır ki:
– Ay uşaq, burada camışdan zərərli heyvan var, gəlin qabaqca
bunu çıxardaq, sonra camışı çıxardarıq.
Top