Mollanın bir dəvəsi var imiş... Günlərin birində dəvə azarlayır.
Başı çıxanlar baxıb deyirlər ki, öləcək.
Molla deyir:
– İndi ki, öləcək, mən də onu Allah yolunda qurban kəsəcəyəm.
Molla dəvəni qurban kəsir. Bundan sonra haraya gedirsə, ayrı heç
bir söhbət eləmir. Ancaq elə Allah yolunda dəvəsini qurban kəsdiyindən
danışır. Axırda deyirlər:
– Ay Molla, indi böyük bir iş olmayıb ki, sən də Allah yolunda bir
dəvə qurban kəsibsən? Baş-qulağımız getdi axır... Bir toyda deyirsən,
bir qonaqlıqda.
Molla deyir:
– Toyda da deyəcəyəm, qonaqlıqda da, yasda da, bazarda da, küçədə
də... Allah özü İsmayıldan ötrü vur-tut bircə dənə qoyun qurban
verib, daha gün yoxdur ki, mollalar o barədə danışmasınlar. İşi o yerə
çatdırıb ki, götürüb hələ bir Qurana da yazdırıb. Mən o boyda dəvə
kəsmişəm, danışmayım?
Top