Bir gün Molla gedib saqqalını dibindən ülgüclə qırxdırır. Qazı buna rast gəlib soruşur:
– Molla, bu nədir? Sən nə eləmisən? Ayıb deyilmi sənin üçün? Molla adamsan. Saqqalını niyə belə qırxdırıbsan?
Molla deyir:
– Qazı ağa, baxdım ki, bir neçə il mollalıq eləməklə o qədər günaha batmışam, o qədər günaha batmışam ki, nə qədər qüsl eləsəm təmizlənməyəcəyəm. Ona görə də günahdan tamam silkinmək üçün gedib saqqalımı qırxdırdım.
Top