Bir gün Teymur Ləng kimə isə qəzəblənib Mollaya əmr eləyir ki:
– Bu saat buna yüz çubuq vur!
Molla gülür. Teymur daha da qəzəblənib qışqırır:
– Nəyə gülürsən? Əmrimə əməl elə! Bu saat buna beş yüz çubuq vur! Molla lap ucadan gülür. Teymur cin atına minir. Qışqırır ki:
– İndi ki, belə oldu, gərək bu saat buna min çubuq vurasan. Molla qəh-qəh çəkib gülür. Teymur dəli kimi yerindən qalxır ki:
– Mənə gülürsən?
Molla deyir:
– Xeyr, qibleyi-aləm! Mənim həddim nədi sənə güləm. Mən Allaha gülürəm ki, necə olub da sənin kimi çubuq dadı bilməyən, haqq-hesabdan başı çıxmayan bir adamı padşah eləyib. Yoxsa bir adama da min çubuq vurarlar?
Top