Mollanın seyidlərdən, dərvişlərdən yaman zəhləsi gedərmiş. Onları görməyə gözü yox imiş.Bir gün axşamüstü bazardan təzəcə gəlib dincəlmək üçün uzanmışmış. Birdən qapı döyülür. Nə qədər səslənir ki: "Adam, kimsən? Adam, kimsən?" – qapı döyən səs vermir. Axırda naəlac qalıb gedir qapıya. Baxır ki, bir seyiddir, belində göy qurşaq, başında da göy əmmamə. Molla qaş-qabağını töküb soruşur:
– Nə var? Nə istəyirsən?
Seyid deyir:
– Allah qonağıyam. Bu gecə sizdə yatmaq istəyirəm. Molla yavaşca çıxır küçəyə, qapını yaxşı-yaxşı örtür, seyidin əlindən tutub başlayır özü ilə çəkə-çəkə aparmağa. Seyid heç bir söz deməyib, onun dalınca gedir, belə-belə seyidi gətirib çıxardır məscidin qabağına. Məscidi ona göstərib deyir:
– Odu bax, Allahın evi. Allah qonağısan get onun xarabasında qal! Mən Allahın qəyyumu zadı deyiləm ki, çapıb gəlmisən mənim üstümə.
Top