Molla orucluqda oruc tutmur, amma obaşdanlar arvadı ilə bərabər durub doyunca yeyir, hələ arvadından da hər gün, cürbəcür xörəklər tələb eləyirmiş. Axırı arvad təngə gəlib deyir:
– Canım, bu nədir? Sən gündüzləri oruc tutmursan, gecələri obaşdanlığa durursan. Ya budu, gündüzləri oruc tut, ya da ki, obaşdanları durma!
Molla hirslənir ki:
– Fikrin nədir? Oruc tutmayıb bir günah eləyirəm, deyirsən ki, obaşdana da durmayıb iki günah eləyim? Yox aşna, mən bu boyda günaha bata bilmərəm.
Top