Molla orucluğun axır günlərində bir başqa kəndə gedir. Baxır ki, kəndin əhalisi yığılıb diqqətlə göyə baxır. Molla da onlara yanaşıb baxır ki, görsün göydə nə var. Baxanlardan biri deyir:
– Odu, odu...
Bir başqası deyir:
– Hanı? Yox, orda bir şey yoxdur.
Üçüncüsü deyir:
– Diqqətlə baxın, birdən olar ha... Molla bunlardan birinə yanaşıb soruşur:
– Belə diqqətlə nəyə baxırsınız?
Cavab verirlər ki:
– Aya.
Molla soruşur:
– Aya?
Deyirlər:
– Hə? Hecə?
Molla deyir:
– Nə sarsaq adamlar var ey... Bizim kənddə adamlar araba çarxı boyda ayı görüb heç başlarını da çevirmirlər. Bunlar iynə kimi axtarırlar.
Top