Günlərin birində Molla bir evə gedir. Baxır ki, qapıda qonaqlara baxan, başmaqları gözləyən yoxdur. Qorxur ki, içəri gircək başmaqları oğurlayarlar. Onun üçün də cibindən yaylığını çıxardır, başmaqlarını səliqə ilə büküb vurur qoltuğuna, keçib əyləşir. Yanında oturanlardan biri Mollanın qoltuğundakını qiymətli bir kitab bilib soruşur:
– Deyəsən qoltuğundakı kitabdır?
Molla deyir:
– Bəli, özü də çox qiymətli kitabdı. Onun üçün də özümdən heç ayıra bilmirəm. Elə hara getdim, yanımca aparıram. Kişi maraqlanıb soruşur:
– Nəyə dairdir?
Molla deyir:
– İlahiyyat elminə.
Kişi soruşur:
– Haradan alıbsan?
Molla deyir:
– Başmaqçıdan.
Top