Bir gün camaat namazında Mollanın dalında duran adam necə olursa Mollaya toxunur. Molla az qalır ki, yıxılsın, ancaq özünü birtəhər saxlayır. Sonra qabağında duran pişnamaza bir kəllə vurub yerə yıxır. Pişnamaz hirslənib geri dönür ki:
– Neyliyirsən, Molla?
Molla deyir:
– Budu, bax, mənim dalımda durandan soruş!
Top