Bir nəfər Mollaya bir bişmiş qoyun kəlləsi gətirir. Gözləyir, Molla kəlləni yeyib qurtardıqdan sonra deyir:
– Molla, mənə bir dua elə!
Molla deyir:
– Filankəs, sən ki, bu kəlləni mənə verdin, Allah o dünyada sənə behişt əhlinin kəlləsindən qismət eləsin.
Top