Mollanın kəndlilərindən biri başqa şəhərdə olan qohumlarından bir məktub alır. Tez axtarıb mollanı tapır. Oxumaq üçün məktubu ona verir.
Molla baxır ki, məktub çox qarmaqarışıq yazılıb, kəndlini başından eləmək üçün deyir:
– Sən bir ayrı adam tap, bunu oxusun.
Kəndli deyir:
– Yox, Molla, əl çəkəsi deyiləm. Ayrı adamı haradan tapım, gərək oxuyasan.
Molla deyir:
– Əvvələn, mən farsca bilmirəm; ikinci, bu məktub türkcə yazılıb; üçüncüsü də elə-belə oxuya bilmirəm.
Kəndli hirslənir ki:
– Yaxşı, farsı bilmirsən, türkü bilmirsən, oxuya da bilmirsən, dayı dəyirman daşı boyda əmmaməni başına niyə qoymusan?
Molla deyir:
– Əyər əmmamə ilə oxumaq olarsa, buyur qoy başına, bircə kəlmə oxu görək.
Top