Günlərin birində Molla Nəsrəddinə kənddən bir qonaq gəlir. Qonaq
atını həyətə bağlayır. Evə girib söhbət eləməyə başlayırlar. Bir
vaxt ayılırlar ki, at açılıb gedib. Molla küçəyə çıxıb başlayır car çəkməyə
ki:
– Ay bir dənə eşşək görən aqibəti xeyir olan! Kim yerini desə
muştuluq verəcəyəm.
Qonaq deyir:
– Ay Molla, bəs ata eşşək niyə deyirsən?
Molla deyir:
– Sən şəhər adamını yaxşı tanımazsan. Bunlar yaman acgöz olurlar.
Bilsələr ki, itən atdır, verməzlər. Qoy, eşşək deyək bəlkə gətirib
versinlər.
Top