Gecələrin birində Mollanın evinə oğru gəlir, nəyi varsa yığışdırıb
aparır. Səhər Molla yuxudan oyanıb görür ki, necə deyərlər, evdə bir
həsir qalıb, bir Məmmədnəsir. Gözləyir, gözləyir, elə ki axşam olub
qaranlıq düşür, bir nərdivan götürüb düzəlir yola.
Qonşuluqlarında bir dövlətli tacir olurmuş. Nərdivanı onun pəncərəsinə
dayayıb çıxır, düşür evə. Sonra, küçədən keçənlər görməsinlər
deyə, nərdivanı da çəkir içəri. Bu taraqqa-taraqqa ev sahibi oyanıb baxır
ki, Molla çiynində də bir nərdivan evin ortasında dayanıb. Soruşur:
– Molla burada nə qayırırsan?
Molla görür tutulub, özünü avamlığa qoyub deyir:
– Nərdivan satıram.
Tacir hirslənir ki:
– Bura sənin üçün bazar-zaddı bəyəm?
Molla deyir:
– Nərdivanı elə hər yerdə satmaq olar. Sən onu de ki, yaxşı müştəri
olsun.