Molla bir gün bayramlıq almaq üçün bazara gedir. Yolda dostlarından
biri qabağına çıxıb soruşur:
– Molla hara belə?
Molla deyir:
– Bazara gedirəm.
Dostu soruşur:
– Nə var? Xeyir ola...
Molla deyir:
– Gedirəm bayram üçün yer-yemiş alam.
Dostu deyir:
– Molla, inşallah de!
Molla deyir:
– Pulum cibimdə, ağlım başımda. Daha buna nə inşallah?..
Bazarda Mollanın cibini kəsirlər. Bir vaxt əlini uzadır cibinə pul
versin, baxır ki, bir qəpik də yoxdur. Kor-peşman qayıdır kəndə. Haman
dostu yenə qabağına çıxıb soruşur:
– Molla, aldın?
Molla deyir:
– Ala bilmədim, inşallah. Cibimi kəsdilər, inşallah. Səhər-səhər
sənə rast gələn yerdə mənim qıçım sınaydı, inşallah. Sənin də dilin
quruyaydı inşallah.
Top