Molla biri on qəpikdən yumurta alıb, biri doqquz qəpikdən satırmış.
Dostlarından biri soruşur:
– Molla, bu nə alverdir? Sən ki, bunda zərər eləyirsən.
Molla cavab verir:
– Zərərin eybi yoxdur. Mən bunu gözə görünmək üçün eləyirəm.
Qoy desinlər ki, Molla da tacir olub.
Top