Mollanın bir baqqal müştərisi var imiş. Həmişə evə lazım olan
şeyləri ondan nisyə alar, əlinə pul keçəndə aparıb borcunu verərmiş.
Bir dəfə yenə Molla baqqala manat borclu düşür. Ancaq nə qədər
əlləşirsə, düzəldib verə bilmir. Baqqal da gündə borcunu istəyib
Mollanın lap zəhləsini tökür.
Günlərin birində Molla öz yaxın dostları ilə birlikdə oturub söhbət
elədiyi zaman baqqal gəlib çıxır. İşarə ilə başa salır ki, "pulu verirsən
ver, vermirsən dostlarının yanında səni biabır edəcəyəm". Molla ha
üzünü o tərəfə, bu tərəfə çevirir ki, baqqal çıxıb getsin, əl çəkmir, qırsaqqız
olub yapışır ki, yapışır. Axırda Molla cana doyub camaatın yanındaca
ona deyir:
– Adə, sən nə yaman zəhlətökən adam imişsən. Balam, sənə mənim
cəmisi vur-tut manat borcum yoxdur? Bu cümə günü gəl, on
manatını apar! Gələn cümə günü də gəl, beş manatını apar! Qaldımı
bunun cəmi-cümlətanı bircə manatı?
Baqqal deyir:
– Bəli.
Molla deyir:
– Yaxşı, heç utanmırsan, bircə manat üçün düşmüsən mənim
dalıma?
Top