Bir gün Molla bazarda bir tutuquşu satana rast gəlir. Soruşur:
– Bu nədir?
Deyirlər:
– Tutuquşu.
Soruşur:
– Qiyməti neçədir?
Kişi deyir:
– Əlli manat.
Molla heç bir söz demir, evə qayıdıb öz hinduşkasını tutur, bazara
gətirir. Soruşurlar:
– Molla hinduşkanı neçəyə deyirsən?
Deyir:
– Beş yüz manat.
Deyirlər:
– Ay Molla, dəli olmamısan ki? Hinduşka da beş yüz manata olar?
Molla tutuquşunu göstərib deyir:
– O boyda quşu əlli manata satır, heç bir söz demirsiniz. Mən qoyun
boyda hinduşkanı beş yüz manata deyirəm, hələ bir məni danlayırsınız
da... Mənim hinduşkam lap azı bir otuz dəfə ondan böyük olar,
ya yox?
Deyirlər:
– Ay Molla, axı o tutuquşudur.
Molla deyir:
– Nə olsun? O tutuquşudu, bu da hinduşkadı.
Deyirlər:
– Axır, o adam kimi danışır.
Molla baxır ki, səhv eləyib, deyir:
– Nə olsun? O danışır, bu da susur. Bəs siz bu boyda böyümüsünüz,
bilmirsiniz ki, danışmaq gümüşdürsə, danışmamaq qızıldır.
Top