Molla bazardan iydə alıb gətirir, arvadı ilə başlayırlar yeməyə. Arvad
bir də baxır ki, Molla iydələrin dənəsini də yeyir. Soruşur ki:
– A kişi, iydənin dənəsini niyə yeyirsən?
Molla deyir:
– Bəs niyə yeməyim ki? Yeməli olmasa idi pul ilə satmazdılar ki...
Atılmalı şeyi də satarlar?..
Top