Mollanın çox yaxşı tanıdığı xəsis tacirlərdən birinin arvadı bir gün
əliyandımda gəlir Mollanın yanına ki:
– Aman günüdü, Molla! Kişini üç gündü qızdırma tutub, elədi,
təndir kimi yanır. Tərləmir ki, tərləmir. Bəlkə sən bir dərman deyəsən.
Molla deyir:
– Mən sənin kişinin xasiyyətinə bələdəm. Get, onun pulunu tap,
götür, gözünün qabağında xərclə. O saat tərləyib ayılar.
Top