Molla bir gün hamama gedir. Paltarı köhnə olduğuna görə heç kəs
ona fikir vermir. Qabağına bir köhnə cırıq fitə atırlar. Molla heç bir söz
deməyib yuyunur, çıxıb gedəndə hamam pulunu on-on beş qat artıq
verir, hamamçını da, əmələləri də utandırır.
Bir neçə gündən sonra Molla yenə də bu hamama gəlir. Elə Mollanın
içəri girdiyini görcək, hamamçıdan tutmuş ayağa su tökənə qədər
hamsı dik qalxırlar ayağa. İpək fitə, ipək qətfə, qərəz bir hörmət
eləyirlər ki, gəl görəsən. Molla yuyunur, çıxıb gedəndə hamam pulunun
yarıdan da az qiymətini verib yönəlir qapıya tərəf. İşi belə görəndə
hamı təəccüblə bir-birinin üzünə baxır, başlayırlar mırtıldanmağa.
Molla heç əhvalını pozmayıb deyir:
– Niyə mırtıldanırsınız? Hörmət-hörmətə görə olar. Siz keçən dəfə
mənə hörmət eləməmişdiniz, bu dəfə elədiniz. Mən də keçən dəfə
çox vermişdim, bu dəfə az verdim. Burda bir şey yoxdur ki, siz narahat
olursunuz. Keçən dəfə verdiyim bu günün hesabına olsun, indi verdiyim
keçən dəfəkinin.
Top