Bir gün necə olursa, Molla çox xəsis tanışlarından birinin evinə
qonaq gedir. Ev sahibi qabaqca Mollaya doyunca çay içirdir. Çay ilə
onun qarnının doyurduqdan sonra süfrə salıb, ortalığa düşbərə gətirir.
Molla baxır ki, qab ağzına qədər su ilə doludu. İçində də iki-üç dənə
xəmir parçası üzür. Özünü saxlaya bilməyib durur ayağa, başlayır soyunmağa.
Ev sahibi soruşur:
– Molla, nə qayırırsan?
Molla deyir:
– Gör, varınızdısa, mənə bir hamam fitəsi gətir.
Ev sahibi soruşur:
– Fitəni nə eləyirsən?
Molla deyir:
– Soyunub bağlayacağam belimə, girəm bu qabın içinə. Bəlkə Allahın
köməkliyilə əlimə bir tikə xəmirdən-zaddan keçdi.
Top