Bir gün xəsis tanışlarından biri Mollaya qonaq gəlir. Bu adam xəsis
olmaqla bərabər, həm də yaman zarafatçı imiş. Molla buna çox yekə
stəkanda çay gətirir. Xəsis stəkanın yekəliyini görüb, Mollaya sataşmaq
üçün deyir:
– Molla, mənə bir kəndir gətir.
Molla soruşur:
– Kəndiri nə eləyirsən?
Qonaq deyir:
– Bağlayacağam belimə. Qorxuram düşüb stəkanda boğulam.
Bu işdən bir neçə vaxt sonra təsadüfən Molla bu adamın evinə qonaq
gedir. Ev sahibi balaca stəkanlarda çay gətirib Mollaya deyir:
– Molla, qonağa çayı, bax, belə balaca stəkanda verərlər.
Molla halını pozmadan deyir:
– Sən də dur ayağa, mənə bir kəndir gətir.
Ev sahibi deyir:
– Yox, Molla, tutmadı. Stəkan böyük deyil ki, boğulasan.
Molla deyir:
– Xeyir. Mən onun içinə düşüb boğulmaqdan qorxmuram. Mən
kəndiri stəkanın belinə bağlayacağam, qorxuram gedib boğazımda qalıb,
məni boğa.
Top