Günlərin birində Mollanın başqa bir kəndə yolu düşür. Kənd
adamlarından biri onu evinə dəvət eləyib deyir:
– Molla, gedək bizə, bir az duzdan, çörəkdən yeyək!
Molla razılaşıb gedir. Uzun-uzadı söhbətlərdən sonra süfrə açılır.
Molla baxır ki, doğrudan da süfrədə duzdan, çörəkdən başqa bir şey
yoxdur. Ac olduğundan çar-naçar yeməyə başlayır. Bu halda qapıya
bir nəfər dilənçi gəlib pay istəyir. Ev sahibi pəncərədən başını uzadıb
deyir:
– Rədd ol, açıl başımızdan! Yoxsa gəlib qol-qabırğanı qıraram.
Dilənçi əl çəkmir. Bu dəfə Molla başını çölə çıxardıb dilənçiyə deyir:
– Get qardaş, bu başqa adamlara bənzəməz. Yaman dediyinin üstündə
durandı.
Top