İsti yay günlərinin birində qonşusu Mollanı qonaq çağırır. Ortalığa
böyük bir qabda buzlu iskəncəbi gətirirlər.
Ev sahibi Mollanın əlinə bir çay qaşığı verir, özü isə bir çömçə götürüb
düşür iskəncəbinin canına. Molla nə qədər əlləşirsə, çay qaşığı
ilə ağzına heç bir şey getmir. Ev sahibi isə hər çömçəni doldurub içdikcə
deyir:
– Of, öldüm!..
Axırda Molla çay qaşığını atıb tutur qonşusunun əlindən ki:
– Qonşu, mən də yaşamaqdan yorulmuşam. Qoy çömçə ilə içib,
mən də heç olmasa bircə dəfə ölüm.
Top