Mollanın bir yaxşı quzusu var imiş.Saxlayırmış ki, payızda kəsib
qovurma eləsin. Qonşuların gözü düşür quzuya. Nə qədər Mollanı
dilə-sözə tuturlar ki, quzunu kəsib onları qonaq eləsin, bir şey çıxmır.
Molla razı olmur ki, olmur.
Axırda bu qonşulardan biri quzunu oğurlayır. Molla əlaltı axtarıb,
quzunu oğurlayanı tapır. Ancaq heç bir söz deməyib payızı gözləyir.
Bu qonşunun da bir yaxşı keçisi var imiş. Payız gəlir. Molla gecənin
birində keçini oğurlayır. Kəsib qovurur, yığır küpəyə. Qonşu nə qədər
axtarırsa keçini oğurlayanı tapa bilmir. Özü də çox xəsis, simic adam
olduğundan bir toyda, bir qonaqlıqda keçini tərifləyir. Bir gün məclisdə
yenə də keçi haqqında söhbət salıb başlayır tərifləməyə:
– Bir keçi idi, bir keçi idi dəvə boyda. Gözlər qapqara ceyran gözü
kimi. Buynuzlar elə bil maral buynuzu idi. Hələ tükü... Tük demə,
ağappaq ipək...
Bir tərəfdə oturan Molla bu yalan basıb-bağlamalardan lap təngə
gəlib durur ayağa ki:
– Dəli şeytan deyir, get, keçinin dərisini gətir; bu camaat görsün,
dəvə boydadı, ya pişik boyda. Tükü ağdı, ya qapqara.
Top