Mollanın çox xəsis bir qonşusu var imiş. Molla bir neçə gün fikir
verib görür ki, aşpaz hər gün xörək vaxtı onun qabağına bir dənə
qızardılmış toyuq gətirib qoyur. Ancaq xəsis yavan çörək yeyib, toyuğa
əlini də vurmur. Toyuq necə gəlirsə, eləcə də qayıdır. Sabah yenə
də haman toyuq gəlir ortalığa. Molla bir-iki həftə bu işə fikir verib
axırda deyir:
– Bu xoşbəxt toyuğun əsl diriliyi öləndən sonra imiş ki...
Top