Molla bir gün tanışlarından birinin evinə qonaq gedir. Xörək olmadığına
görə, ev sahibi Mollanın qabağına təzə yağ ilə bal qoyur. Yağı
yeyib qurtarırlar. Molla yavaşca balı qabağına çəkib çörəksiz-filansız
barmağı ilə yeməyə başlayır. Bunu görən ev sahibi deyir:
– Molla, balı elə yavan yemə! Ürəyini yandırar.
Molla deyir:
– Kimin ürəyini yandırdığını Allah bilir.
Top