Günlərin birində qonşusu Molla Nəsrəddinə deyir:
– Heç soruşmursan başıma nə gəlib?
Molla soruşur:
– Nə gəlib?
Qonşu deyir:
– İllik taxıldan on batman ayırıb tövlədə gizlətmişdim ki, qənaətlə
dolanaq, o on batmanı artırıb yaz ağzı satam. Bir də gedib baxıram ki,
mən xəbər tutunca siçanlar hamısını yeyib.
Molla deyir:
– Darıxma! Mənim də başıma elə lap belə bir iş gəlib. Amma mənim
başıma gələn işlə sənin başına gələn iş arasında balaca bir təfavüt
var.
Qonşu soruşur:
– Necə?
Molla deyir:
– Çox asan. Siçanlar xəbər tutana qədər özümüz hamısını üyütdük,
bişirdik, yedik.