Günün birində Mollanın qonşusu bağdan gəlirmiş. Molla baxır ki,
qonşunun cibi şişib, deyir:
– Salam, qonşu! Yenə o nədi elə doldurmusan ciblərinə!
Qonşu deyir:
– Molla, əgər bilsən ki, cibimdəki nədi, seçib ən böyük şaftalını
verərəm sənə.
Molla deyir:
– Cibindəki şaftalıdı.
Qonşu hirslənir ki:
– Onu sənə hansı ədəbsiz xəbər verdi?
Molla deyir:
– Nə işin var hansı ədəbsiz xəbər verdi? Sən şaftalını bura ver! Bir
ədəbsiz dedi də...