Aldığını verməyən tanışlarından biri bir gün Mollanın yanına gəlir
ki:
– Sənin yanına bir xahişə gəlmişəm.
Molla başa düşür ki, hərif pul istəyəcək. Tez deyir:
– Hər nə desən gözüm üstə! Ancaq mənim də sizdən bir xahişim
var. Qabaqca sən mənim xahişimi yerinə yetir, sonra da mən sənin.
Kişi deyir:
– Buyur!
Molla deyir:
– Mən ölüm, məndən borc istəmə!
Top