Aldığını verməyən qohumlarından biri Mollanın yanına gəlir ki:
– Qohum, bir həftəliyə mənə əlli manat ver, bir al-verim var, iyirmi
manat qazanc eləyəcəyəm. Sonra sənin əlli manatını qaytararam,
üstəlik qazancdan da on manat verərəm, on manat da mənə qalar.
Molla fikirləşir ki, pulu verməsə, gedib bütün qohum-qardaşa giley
eləyəcək ki, Molla on manat qazancı mənim əlimdən çıxartdı.
Verməyə də qorxur, çünki bilir ki, bu qohum aldığını qaytaran deyil.
Odur ki, on manat verib deyir:
– Al, mən sənin qazancını indidən verim, on manat sən qazan, qırx
manat da mən.
Top