Günün birində Molla Nəsrəddinə bir qiblənüma göstərirlər ki:
– Molla, qəribə bir şey tapmışıq, bilmirik nədi. Axırda fikirləşdik
ki, gəlib səndən soruşaq, çünki sən bizim başbilənimizsən.
Molla bir qah-qah çəkib gülür, sonra qiblənümanı alıb o tərəfinə
baxır, bu tərəfinə baxır, başlayır ağlamağa.
Soruşurlar ki:
– Molla, bu necə olan şeydi? Sənə nə oldu ki, qabaqca güldün,
sonra da ağladın?
Molla deyir:
– Vallah, siz bunu mənə göstərib deyəndə ki, bir qəribə şey
tapmışıq, bilmirik nədi, məni gülmək tutdu ki, gör bunlar necə axmaq,
ağılsız adamlardılar. Bu balacalıqda şey nədi ki, bu boyda adamlar
bunu başa düşə bilmirlər. Ona görə də qah-qah çəkib güldüm. Sonra
alıb nə qədər o yan bu yanına baxdımsa, özüm də nə olduğunu başa
düşə bilmədim. Odu ki, sizin başa düşmədiyinizə gülmüşdümsə,
özümün başa düşməməyimə də ağladım.
Top