Molla Nəsrəddin bir gün evə bir qarğa gətirir. Arvadı soruşur:
– A kişi, bu qarğanı neyləyirsən?
Molla deyir:
– Alimlər deyirlər ki, qarğa üç yüz il yaşayır, yoxlayacağam görüm,
doğru deyirlər, ya yalan.
Arvad deyir:
– Ay kişi, yaxşı, sən özün üç yüz il yaşayacaqsan ki, onu da yoxlayasan?
Molla bir fikrə gedib deyir:
– Bəs o alim ki, bunu deyib ha, o özü üç yüz il yaşayıb ki, deyib?
Top