Bir gün kəndə bir alim gəlib Mollanın yerini soruşur. Kəndlilər
axtarıb onu çöldə ot biçən yerdə tapırlar.
Alim onunla tanış olduqdan sonra deyir:
– Molla, deyirlər sən çox alim adamsan. Mən gəlmişəm sənə qırx
dənə sual verəm.
Molla baxır ki, əgər bu qırx dənə suala cavab verməli olsa, gərək
ot biçməyə. Onda da ki, eşşək bütün qışı ac qalacaq. Ona görə də deyir:
– Hamısını bir-bir de, görüm necə süallardı?
Alim qırx sualın hamısını birbəbir deyir. Qurtarandan sonra Molla
orağını götürüb qalxır ki:
– Qırxını da birdən bilmirəm.
Top