Günlərin birində Molla bir həkimlə yol yoldaşı olur. Qəbiristanın
yanından keçəndə həkim üzünü örtür. Molla soruşur:
– Yaxşı, həkim ağa, üzünü niyə örtürsən?
Həkim deyir:
– Torpaq altında yatan bu yazıqların halına o qədər yanıram ki...
Üzümü də ona görə örtürəm ki, nə gözüm görsün, nə ürəyim bulansın.
Molla deyir:
– Yox, elə deyil, həkim ağa! Görünür ki, bunların hamısını verdiyin
dərmanlarla sən öldürübsən, ona görə də indi utandığından belə
eləyirsən.
Top