Deyirlər ki, Mollanın çox tez-tez dişi ağrıyarmış. Həftələrlə üzünü-
gözünü sarıyıb ufuldaya-ufuldaya gəzərmiş, amma qorxudan gedib
çəkdirməzmiş.
Bir gün yenə də üzünü böyük bir dəsmalla bağlayıb gedirmiş,
dostlarından birisi görüb deyir:
– Ay Molla, bir diş çəkdirmək nədi ki, sən belə qorxursan? Əgər
sənin o dişin mənim ağzımda olsaydı, mən elə bu saat gedib çəkdirərdim.
Molla deyir:
– Sənin ağzında olsaydı, elə mən də çəkdirərdim. Dərd orasındadı
ki, mənim öz ağzımdadı.
Top