Bir gün Molla eşidir ki, şəhərin hakimi azarlayıb. Ağacdan bir neçə
alma dərib hakimi yoluxmağa gedir. Hakim deyir:
– Molla birdən-birə dişim də başladı ağrımağa, qulağım da... Daha
mənə bir əzab verdilər ki, gəl görəsən. Bu gün bir yaxşı dəllək tapıb
dişimi çəkdirdim. İndi onun ağrısı qurtarıb. Amma bu zəhrimar qulağım
elə ağrıyır ki, ağrıyır. Bircə həkim də tapılsaydı ki...
Molla tez onun sözünü kəsib deyir:
– Hə... hə... Bircə halal süd əmmiş adam tapılıb, sənin o qulağını
da çəksəydi... Sən də rahatlanardın, əhali də.
Top