Molla bir gün bərk azarlayır. Qohum-qardaşını yanına yığıb vəsiyyət
edir ki:
– Mənə adam boyu dərinlikdə bir qəbir qazarsız... Özümü də başıaşağı
basdırarsız.
Soruşurlar:
– Niyə?
Molla deyir:
– Mən kitablarda oxumuşam ki, qiyamət olanda dünya baş-ayaq
olacaq. Kimdir o zaman zəhmət çəkib özünü düzəldən? İndidən başıaşağı
basdırın ki, dünya baş-ayaq olanda mən ayaq üstə olum.
Top