İsti yay günlərinin birində qonşular gəlirlər Mollanın yanına ki:
– Ay Molla, bu birə bizi əldən-dildən saldı... Gecə səhərə qədər
yatmağa qoymur. Bəlkə sən bir dərman biləsən... Nə eləyək?
Molla deyir:
– Onun üçün çox yaxşı, çox da asan bir dərman var. Gecə yatanda
yanınıza duz qoyun! Elə ki birə gəldi, tutun, sonra duzdan bir çimdik
səpin gözünə. O saat olacaq kor, daha bir də sizi tapa bilməyəcək ki,
sancsın.
Top