Bir gün Teymur Ləng Molladan soruşur:
– Molla, düzünü de görüm, padşah olmaq istəyirsənmi?
Molla Nəsrəddin deyir:
– Allah eləməsin... Mən yazıq deyiləm?
Teymur deyir:
– Niyə?
Molla deyir:
– Mən bu az ömrümdə bir-iki padşahın ölümünü görmüşəm. İnşaallah, hələ bir-ikisini də yola salacağam. Amma bu padşahlardan heç birisi Molla Nəsrəddinin ölümünü görməyib.
Top