Bir gecə Molla arvadı oyadır ki:
– Arvad, dur, işığı yandır, yadıma bir yaxşı şeir düşüb, onu yazım.
Arvad Mollanın istedadına yaxşı bələd olduğu üçün deyir:
– A kişi, sən allah sarsaqlama! Yat aşağı!
Molla deyir:
– Arvad, dur deyirəm sənə. İlhamım gəlib, məni cin atına mindirmə.
Arvad durub işığı yandırır, Molla eynəyini taxır, kağız-qələm
götürüb nə isə yazandan sonra, işığı söndürmək istəyir ki, yatsın, arvad
soruşur:
– A kişi, bir oxu görək, nə yazdın?
Molla həvəslənir, təzədən eynəyini burnuna keçirib deyir:
– Qulaq as, gör nə yazmışam:
Yaşıl yarpaqlar arasından baş qaldırıb.
Qızıl toyuğun balta dişi.
Arvad deyir:
– A kişi onun dalına yaz ki:
Səni görüm tünbətün gedəsən,
Ay məni bu sarsağa verən kişi!
Top