Bir gün Molla ovdan gəlirmiş.Qonşusu kəsir qabağını ki:
– Molla əmi, ovun qanlı olsun, nə vurubsan?
Molla deyir:
– Səkkiz dənə dovşan.
Qonşusu baxır ki, Mollanın əlində bircə dənə dovşan var. Soruşur:
– Sənin əlində bircə dənə dovşan var. Bəs yeddisi hanı?
Molla başlayır saymağa:
– Birini vurdum, başı bıçağa gəlmədi,
Birini vurdum, tale mənə gülmədi.
Yəni oxum dəymədi.
Birini vurdum, heç özü də bilmədi.
Bu oldu üç.
Birinə atdım, döndü mənə vaz atdı,
Birinə atdım, mənə dişin ağartdı.
Birinə atdım, tüklərini qabartdı,
Birinə atdım, mənə dirsək göstərdi.
Bu oldu yeddi...
Bu da biri əlimdə, səkkiz.
Top