Günlərin birində Fərzəli bəy adlı bir nəfər Mollanın yanına gəlib
deyir:
– Molla, mən özümə bir möhür qayırtdırmaq istəyirəm. Mənim
üçün iki misradan ibarət elə bir şeir yaz ki, orada mənim həm adım olsun,
həm şan-şərəfimdən olsun, həm də nişanələrimdən biri olsun.
Yazdıracağam möhürün üstünə.
Molla baxıb görür ki, bu adamın gözləri göydür, saqqalı sarıdır, adı
da ki, Fərzəli bəydir. Bir az fikirləşib yazır:
Gözü göy, saqqalı sarı, özü səy,
Eşşəyin dal ayağı Fərzəli bəy.