Günün birində Teymur Ləng acıqlanır Mollanın üstünə ki:
– O boyda əmmaməni qoymusan başına, amma bir fars dilini də
bilmirsən.
Molla deyir:
– Niyə bilmirəm?
Teymur deyir:
– Bilirsənsə fars dilində bir dənə şeir de, görüm!
Molla deyir:
Rəftəm bə cayi dağ-dərə,
Gördüm doqquz qurd amədənd.
Birin tutdum, üçün vurdum,
Qalanı meşə mirəvənd.
Top