Yenə də mədrəsədə oxuduğu günlərin birində müəllim Nəsrəddindən
soruşur:
– De görüm, nəsr kəlmənin hansı halıdır?
Molla deyir:
– Məsdər halı.
Müəllim hirslənir ki:
– Niyə dərsini bilmirsən?
Nəsrəddin başlayır kəkələməyə ki:
– Müəllim, vallah, axtarsan bilirəm, ancaq belə...
Müəllim soruşur:
– Nə ancaq belə?
Nəsrəddin deyir:
– Axı desəm ki, mazidi, iş olacaq uzun. Zəhrimar birdəfəlik
qurtarmır ki... "Məlumu var, məchulu var, müsbəti var, mənfisi var,
müzəkkəri var, müənnəsi var, təki var, cəmi var. Məsdərdə bunların
heç birisi yoxdur. Ona görə də onu deyirəm ki, məsələni çox uzadıb,
başını ağrıtmayam.
Top